İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

İsrailin İranla müharibədən sonrakı planları ortaya çıxdı

İranla silahlı münaqişə bitdikdən sonra İsrail Suriya və Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmağa başlaya bilər.

Gundelik.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) yazıb.

Məqalədə deyilir: “Siyasi nöqteyi-nəzərdən İsrailin Baş naziri Benyamin Netanyahu İrandakı uğurundan sonra əldə etdiyi fürsətdən daha yaxşı fürsətə malik olmayacaq. O, Suriya ilə regional razılaşma əldə edə, Səudiyyə Ərəbistanı ilə dialoqa başlaya, girovları qaytara bilər”.

Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə keçiriləcək danışıqlarda ərəb ölkələri ilə İbrahim sazişlərinin mümkün genişləndirilməsinin diqqət mərkəzində olduğu bildirilir. 

Nəşr qeyd edir ki, Amerika lideri ümid edir ki, İranla barışıq Yaxın Şərqdə daha uzunmüddətli sülh üçün əsas ola bilər.

Daha əvvəl məlum olmuşdu ki, İordan çayının qərb sahilindəki Hebron şəhərinin nüfuzlu şeyxləri “Hebron Əmirliyi”nin tanınması müqabilində İsraillə İbrahim razılaşmasına qoşulmağın tərəfdarı olduqlarını bildiriblər.

Gundelik.az