Bu ilin yanvar-may aylarında Azərbaycandan Tailanda 75,9 milyon ABŞ dolları dəyərində 137,8 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 127,2 milyon ABŞ dolları və ya 2,7 dəfə, həcm ifadəsində isə 189,2 min ton və ya 2,4 dəfə azdır.
Dövr ərzində Tailand Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 11-ci pillədə qərarlaşıb.
Gundelik.az
