Türkiyəni təmsil edən, Dünya Sənətçilər Birliyinin prezidenti Ramazan Seydaoğlu və şair-yazıçı Leyla Metinin təşəbbüsü ilə keçirilən 1-ci DergiZan Görüşü, ilhamverici və yaddaqalan anlarla yaddaşlara həkk olundu.
Tədbir Türkoloq alim Aytən Qurbanovanın aparıcılığı ilə Türk sənət akademiyasında baş tutub.
Dünya Sənətçilər Dərnəyinin sədri, “Dergizan” jurnalının təsisçisi və baş redaktoru Ramazan Karataş Türkiyə-Azərbaycan ədəbi əlaqələrinin köklərinin dərin və sarsılmaz olduğunu vurğulayıb.O, bu birliyin yalnız keçmişə deyil, ortaq gələcəyə də xidmət etdiyini bildirib.
Ümummilli Lider Heydər Əliyevin “Bir millət – iki dövlət” ifadəsini xatırladan Ramazan Karataş hər iki ölkənin ortaq köklərə, dil, din birliyinə, oxşar mədəniyyət, adət və ənənələrə malik olduğunu deyib. O, tədbirin Türk dünyasının mədəniyyətinin, ədəbiyyatının, dilinin inkişafı, eləcə də ədəbi əlaqələrin zənginləşməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Dərnək sədri iki qardaş ölkə arasında ədəbi körpülərin tarixən güclü əsaslar üzərində formalaşdığını və bu istiqamətdə jurnal nəşrlərinin – xüsusilə “Dergizan”ın aparıcı rol oynadığını söyləyib. Ramazan Karataş “Dergizan” jurnalının yaranma tarixçəsi barədə məlumat verərək, Azərbaycanın tanınmış qələm sahiblərinin şeir və yazılarının mütəmadi olaraq sözügedən nəşrdə dərc olunduğunu bildirib.
Bədii hissədə söz və sənət sahibləri “Dergizan” jurnalında çap olunmuş sevilən şeirlərini səsləndiriblər İnci rəqs qrupu öz rəqsiylə, Zəhra Sadıqova kamanın sehirli simlərini dilləndirərək, gənc ifaçı Nurəli Cavadov əsrarəngiz ifaları ilə tədbirə xüsusi rəng qatdı .
Sonda “Dergizan” jurnalında şeir, məqalə və yazıları çap olunmuş iştirakçılara sertifikatlar təqdim olunub.


Gundelik.az
