Cari ilin may ayının 1-nə Azərbayacanda kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 29,9 milyard manat, vaxtı keçmiş kreditlərin həcmi isə 502,6 milyon manat təşkil edib.
Bu barədə Gundelik.az Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, cəmi kredit qoyuluşlarının 25,6 milyard manatını milli valyutada kreditlər təşkil edib. Milli valyutadakı kreditlərin 404,7 milyon manatının ödəmə vaxtı keçib.
Cəmi kredit qoyuluşlarının 4,3 milyard manatı xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 97,9 milyon manatının ödəmə vaxtı keçib.
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin mayın 1-nə milli valyutada qoyulmuş kreditlər 3,9 milyard manat və ya 15,1% artıb, xarici valyutada qoyulmuş kreditlər isə 344 milyon manat və ya 7,3% azalıb.
Gundelik.az
