Köpəkbalığı qadını parçaladı: xüsusi qoruyucu cihaz da onu xilas edə bilmədi
Qrup üzvləri Loxrenberqin qışqırıqlarını eşidiblər...
Cənubi Afrikada 65 yaşlı Janin Loxrenberq yırtıcıları uzaqlaşdırmaq üçün nəzərdə tutulan cihazlardan istifadə edilməsinə baxmayaraq, köpəkbalığının hücumunun qurbanı olub.
Gundelik.az xəbər verir ki, bu barədə News24 nəşri məlumat yayıb.
Oktyabrın 20-də Loxrenberq bir qrup insanla birlikdə üzməyə gedib. Üzgüçülərdən biri Mayk Levenin sözlərinə görə, həmin gün onların ayaqlarında köpəkbalıqlarını uzaqlaşdırmaq üçün nəzərdə tutulmuş xüsusi maqnit cihazları olub.
İddialara görə, bu qurğular insanın ətrafında güclü maqnit sahəsi yaradır. Bu sahə yırtıcının elektrik reseptorlarının fəaliyyətini pozaraq onu həmin ərazidən uzaqlaşmağa məcbur edir.
Lakin cihaz qadını xilas edə bilməyib. Üzgüçülük başladıqdan qısa müddət sonra qrup üzvləri Loxrenberqin qışqırıqlarını eşidiblər. Bir qədər sonra isə köpəkbalığının qadına hücum edərək onu parçaladığını görüblər.
Qadın təcili şəkildə sahilə çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölümcül hücumun baş verdiyi çimərlik hakimiyyət orqanları tərəfindən müvəqqəti olaraq bağlanıb.
Daha əvvəl avstraliyalı sörfinqçi Mik Fenninq 2015-ci ildə Cənubi Afrikada keçirilən dünya çempionatı zamanı böyük ağ köpəkbalığının hücumuna məruz qalması barədə ilk dəfə ətraflı danışmışdı. Onun sözlərinə görə, yırtıcı onu suyun altına çəkib və ayağını az qala oynağından çıxaracaq qədər güclə dartıb. Lakin köpəkbalığı qəfil onu buraxıb.
Nuri
Gundelik.az