15 yaşlı qız tabutda ayıldı

Vida mərasiminə qohumlar və qonşular toplaşıblar...

15 yaşlı qız tabutda ayıldı

Qvatemalada evangelist keşiş Abraham İskotoyak qızını az qala diri-diri dəfn etdiyinə görə istintaqa cəlb olunub.

Gundelik.az xəbər verir ki, bu barədə "Need To Know" nəşri məlumat yayıb.

Oktyabrın 10-da səhər saatlarında keşişin 15 yaşlı qızı Yuleydi özünü pis hiss edib. Atası onu xəstəxanaya aparmaq üçün yola çıxıb. Lakin yolda qız huşunu itirib və nəfəs almağı dayandırıb. Bundan sonra Abraham qızını evə qaytarıb və dəfn mərasiminə hazırlaşmağa başlayıb.

Vida mərasiminə qohumlar və qonşular toplaşıblar. Lakin dəfn zamanı qız qəfildən ayılaraq yas içində olan yaxınlarının gözü qarşısında tabutda oturub.

Qvatemala Prokurorluğu hadisə ilə bağlı rəsmi araşdırmaya başlayıb. İstintaqçılar qızın tibbi təsdiq olmadan hansı səbəbdən ölü elan edildiyini araşdırırlar. Onlar Abrahamın qızının ölümünü saxtalaşdırmış ola biləcəyindən şübhələnirlər. Keşişi beş ilədək həbs cəzası gözləyə bilər.

Daha əvvəl ABŞ-nin Arizona ştatında morqda bir yaş yarımlıq uşağın sağ olduğu aşkarlanmışdı. Həkim Arian Tusi uşağı ölü elan etmişdi, halbuki tibb bacısı onun nəbzini hiss edə bilmişdi.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.