ABŞ hərbçisindən şok iddia: “51-ci Zona” yaxınlığında reptiloidlərlə döyüş baş verib
ABŞ hərbçisi “51-ci Zona” yaxınlığında reptiloidlərlə döyüşdən danışıb
ABŞ ordusunun veteranı “51-ci Zona” ərazisində üç reptiloidlə döyüş baş verdiyini iddia edib.
Gundelik.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri yazır.
ABŞ-nin Birgə Xüsusi Əməliyyatlar Komandanlığının (JSOC) adının açıqlanmadığı veteranından eşitdiyi bu hekayəni Liberty Risk podkastının aparıcısı Nik Betts danışıb. Özü də 10 il piyada qoşunlarında snayper kimi xidmət etmiş Bettsin sözlərinə görə, hərbçi Polşada keçirilən məclislərdən birində reptiloidlərlə döyüş barədə danışıb.
İddialara görə, yadplanetlilər “51-ci Zona” adlanan ərazinin yaxınlığında yerləşən məxfi obyektlərdən birinə daxil olublar. Bundan sonra Şimali Karolina ştatındakı Fort-Bragg bazasından hadisə yerinə operativ müdaxilə qrupu göndərilib.
Əsgərlər kompleksin yeraltı hissəsinə eniblər. Orada onları reptiliyalara uzaqdan bənzəyən və naməlum enerji silahları ilə silahlanmış yadplanetlilər gözləyirmiş.
Veteranın danışdığına görə, ABŞ əsgərləri cinahdan hücuma keçərkən sol tərəfdə olan hərbçilərdən biri həmin silahdan açılan atəşin birbaşa sinəsinə dəyməsi nəticəsində yerindəcə həlak olub.
Daha sonra, iddiaya əsasən, reptiloidlər məhv edilib, əməliyyata rəhbərlik edən şəxslər isə hadisənin izlərini dərhal gizlədiblər. Hətta katolik olduğu bildirilən həlak olmuş ABŞ hərbçisinin cəsədi elə hadisə yerində kremasiya edilib.
Betts bildirib ki, məclisdən sonrakı gün JSOC-un başqa bir veteranı onun boğazından tutaraq əvvəlki axşam eşitdikləri barədə heç kimə danışmamasını tələb edib. Onun sözlərinə görə, hər iki veteran bundan sonra onunla bir daha ünsiyyət qurmayıb.
Daha əvvəl ABŞ Milli Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Devid Qruş da kosmik gəminin qəzaya uğramasından sağ çıxan reptiloidlərin ABŞ hərbçiləri tərəfindən məhv edildiyini iddia etmişdi. Onun sözlərinə görə, yadplanetlilər əsgərlərə hücum ediblər.
Nuri
Gundelik.az