Yenə sosial media həvəsi: Gözəl görünmək istəyərkən xəstəxanalıq oldu
Qorxu dolu anlar çəkiliş kamerasına əks olundu...
Sosial şəbəkələr üçün qeyri-adi görüntülər çəkmək istəyən qadının at fermasında yaşadığı qəza saniyələr içində hər şeyi dəyişdi. Kovboy üslubunda geyinərək atların arasında gəzən və kamera qarşısında poza verən qadın ağ atın təpiyi ilə nə baş verdiyini anlamadan yerə yıxıldı.
Gundelik.az xəbər verir ki, sosial media üçün video çəkmək istəyən qadın at fermasında təhlükəli qəza keçirərək ölümdən döndü. Kovboy üslubunda geyimi və papağı ilə atların arasında poza verən qadın gözlənilməz zərbə nəticəsində yerə yıxıldı. Həmin anlar saniyə-saniyə kameraya düşdü.
At fermasında çəkiliş aparan qadın təsirli görüntülər əldə etmək üçün qaçan atların arasında gəzməyə başladı. Kamera qarşısında rahat şəkildə poza verən qadın ətrafındakı heyvanların hərəkətlərini nəzərə almadı.
Qadının qarşısından sürətlə keçən ağ atın təpiyi onun bədəninə dəydi. Zərbənin təsirindən tarazlığını itirən qadın yerə yıxıldı. Əyləncəli görüntülər əldə etmək məqsədilə başlayan çəkiliş gözlənilməz qəza ilə başa çatdı. Hadisə anları kameraya əks olunarkən, baş verənlər sosial şəbəkə istifadəçilərinin də diqqətini çəkdi.
Nuri
Gundelik.az