İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İngiltərədə avtomobil izdihamın üzərinə çırpılıb, 47 nəfər yaralanıb

İngiltərənin Liverpul şəhərində avtomobilin Premyer Liqa çempionluğunu qeyd edən azarkeş izdihamının üzərinə sürməsi nəticəsində azı 47 nəfər xəsarət alıb.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Baş polis rəisinin müavini Sims hadisədən sonra Liverpul bölgəsindən olan 53 yaşlı ağdərili İngilis bir kişinin saxlanıldığını söylədi və əlavə etdi: “Biz bu şəxsin nəqliyyat vasitəsinin sürücüsü olduğuna inanırıq”.

Hadisə terror hesab edilmir

Sims hadisə ilə bağlı hərtərəfli araşdırmaların davam etdiyini və ictimaiyyətin sosial mediada spekulyasiya etməməsinin və yalan məlumatların yayılmasının həyati əhəmiyyət daşıdığını vurğulayıb.
Polis rəisinin müavini Sims sözlərini belə davam etdirib:

“Sizə deyə bilərəm ki, biz bunun tək bir hadisə olduğuna inanırıq və hazırda bu hadisə ilə bağlı başqa heç kimi axtarmırıq. Hadisəyə terror kimi baxılmır. İnsanlardan hadisə ilə bağlı kədərli görüntüləri onlayn paylaşmaqdan çəkinmələrini xahiş edərdik və lütfən, istənilən məlumatı birbaşa istintaq qrupumuzla paylaşın”.

Şimal-Qərb Təcili Yardım Xidmətinin sözçüsü Dave Kitçin 20 nəfərin yüngüll xəsarət aldığını və 27 nəfərin təcili yardımla xəstəxanaya aparıldığını söyləyib.

Xəstəxanaya aparılarkən bir uşaq da daxil olmaqla iki nəfərin ağır yaralandığını qeyd edən Kitçin, velosiped sürən bir tibb işçisinin də avtomobil tərəfindən vurulduğunu, lakin xəsarət almadığını bildirib.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Gundelik.az