Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Regional Su Meliorasiya Xidməti buldozerlər alır.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, qurum 10 ədəd buldozerin satın alınması ilə bağlı müvafiq işlərə start verib.
Satın alınacaq nəqliyyat vasitələrinin 7-nin mühərrik həcminin 220, 3 ədədinin isə 160 at gücünə malik olması əsas şərtlərdəndir.
Qurum buldozerlərin satın alınmasının təqribən 3 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Gundelik.az
