İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Zelenski İstanbuldakı görüş üçün yeni şərt irəli sürüb

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda prezident Vladimir Putindən başqa heç bir Rusiya nümayəndəsi ilə görüşməyə hazır deyil.

Gundelik.az xəbər verir ki, bu barədə “The Breakfast Show” “YouTube” kanalında Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

“İstanbulda danışıqlar prosesinin fundamental strukturu göz qabağındadır. Ukrayna tərəfdən qərarlar verən şəxs var (…) Və buna uyğun olaraq Rusiyada da qərarlar verən şəxs var. “Qalan hər şey sadəcə formal iştirakdır”, – Podolyak deyib.

Onun fikrincə, daha aşağı səviyyədə görüşlər daha az məhsuldar və mənasızdır.

Gundelik.az