İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Timsah kişiyə hücum edərək ayağını qopardı

Malayziyada timsah çay kənarında odun yığan şəxsə hücum edərək ayağını qoparıb.

Gundelik.az xəbər verir ki, bu barədə Malayziyanın “Daily Express” qəzeti məlumat yayıb.

Yırtıcı sürünən mayın əvvəlində 52 yaşlı Punqut Madinə hücum edib. Həmin vaxt kişi qardaşı və digər iki qohumu ilə birlikdə çayın yaxınlığındakı meşədə odun yığırmışlar. P. Madin suya girən zaman timsah ona hücum edib. Sürünən onu dərhal ailəsinin gözü qarşısında dərinliklərə sürükləyib.

Hadisə yerinə xilasedicilər cəlb olunaraq axtarışlara başlasa da, heç bir nəticə verməyib. Mayın 6-da axtarış iştirakçıları hücum yerinin yaxınlığında çayda kəsilmiş ayaq aşkar ediblər. Onlar əzanın itkin düşən şəxsə məxsus olduğuna əmin olduqlarını bildiriblər. Kişinin digər qalıqlarının axtarışı davam edir.

Gundelik.az