İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Kim Çen In: dövləti qorumaq üçün nüvə qüvvələrini artırmaq lazımdır

ABŞ və onun peyklərinin Koreya yarımadasında nüvə müharibəsinə hazırlaşması kontekstində Şimali Koreyanın nüvə qüvvələrinin rolunun yaxşılaşdırılması zərurəti artır.

Gundelik.az Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen In uzaqmənzilli silah və raket sistemlərinin birgə təlimlərində iştirakı zamanı deyib.

“Yoldaş Kim Çen In çəkindirmə və müharibə strategiyasının bütün sahələrində nüvə qüvvələrinin aparıcı rolunun davamlı olaraq artırılmasının zəruriliyini qeyd etdi və nüvə qüvvələrinin döyüş hazırlığının davamlı olaraq təkmilləşdirilməsini təmin etməyin çox vacib olduğunu vurğuladı”, – deyə nəşr yazır.

O qeyd edib ki, indiki şəraitdə uzaqmənzilli dəqiq zərbələr endirmək üçün silah sistemlərinin imkanlarını və onların effektivliyini artırmaq üçün səylər göstərilməlidir.

KCNA bildirib ki, təlimlərdə 600 mm-lik çoxsaylı buraxılış raket sistemi və “Hwasongpo-11” taktiki ballistik raketdən istifadə edilib.

Gundelik.az