ABŞ idxal olunan bütün xarici film məhsullarına 100 faizlik rüsumların tətbiqi prosesinə başlamaq qərarına gəldiyini açıqlayıb.
Gundelik.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində məlumat paylaşıb.
Donald Tramp Amerika kino sənayesinin kəskin tənəzzüldə olduğunu söylədi və bu onu Ticarət Departamentinə və ABŞ Ticarət Nümayəndəliyinə tədbirin həyata keçirilməsinə başlamaq üçün göstəriş verməyə vadar etdi.
Tramp vurğulayıb ki, xarici ölkələr amerikalı rejissorları və kinostudiyaları cəlb etmək üçün əlverişli şərait yaradır və bu, onun fikrincə, ABŞ-də Hollivud və digər kino mərkəzlərinə ziyan vurur. O, bu cür hərəkətləri ölkənin milli təhlükəsizliyinə təhdid yaradan koordinasiyalı siyasət kimi qiymətləndirib.
Bundan əvvəl Donald Tramp bildirib ki, Amerika Birləşmiş Ştatları Çindən gələn mallara idxal rüsumlarını azaltmağa məcbur olacaq, bu addım olmadan ölkələr arasında ticarət əlaqələrini inkişaf etdirmək mümkün olmayacaq.
Gundelik.az
