Bu ilin yanvar-mart aylarında Azərbaycandan Qazaxıstana 20,4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,7 milyon ABŞ dolları və ya 73,8% çoxdur.
Hesabat dövründə Qazaxıstana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 2,64%-i həcmində olub.
Bununla da Qazaxıstan Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.
Gundelik.az
