“Grand Theft Auto(GTA) VI”nın buraxılışı 26 may 2026-cı il tarixinə təxirə salınıb.
Gundelik.az xəbər verir ki, bu barədə oyun tərtibatçısı “Rockstar Games” elan edib.
Onlar təxirə salınmasından təəssüfləndiklərini bildiriblər. “Yeni Grand Theft Auto” ilə bağlı maraq və həyəcan bütün komandamız üçün həqiqətən heyrətamiz oldu. Oyunu bitirmək üçün çalışarkən göstərdiyiniz dəstəyə və səbrinizə görə sizə təşəkkür etmək istəyirik”, – “Rockstar Games” açıqlayıb.
Şirkət həmçinin oyun həvəskarlarının, tərtibatçıların oyunun keyfiyyət səviyyəsinin əlçatan olması üçün əlavə vaxta ehtiyac olduğunu başa düşəcəklərinə ümid edir: “Biz tezliklə sizinlə daha çox məlumat paylaşmağı səbirsizliklə gözləyirik”.
Əvvəllər GTA VI-nın 2025-ci ilin payızında buraxılacağı açıqlanmışdı.
Gundelik.az
