İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

Qlobal qızıl tələbi 16% artıb

Bu ilin birinci rübündə birjadankənar (OTC) əməliyyatlar nəzərə alınmadan qızıla qlobal tələbat 1,31 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün nəticəsi ilə müqayisədə 16% çoxdur.

Bu barədə Gundelik.az Ümumdünya Qızıl Şurasının (WGC) hesabatına istiandən xəbər verir.

Məlumata görə, zərgərlik məmulatlarına tələb yüksək qiymətlər fonunda 2020-ci ildə Covid-19 pandemiyasından bəri ən aşağı səviyyəyə düşüb. Lakin birja ticarəti fonduna  (ETF) qızılın kəskin axını investisiya tələbini 2,7 dəfə artıraraq 552 tona çatdırıb ki, bu da 2022-ci ilin birinci rübündən bəri ən yüksək səviyyədir. Sikkələrə və külçələrə tələbat da orta səviyyədən yüksək olaraq qalır.

Birinci rübdə qızıl hasilatı rekord həddə – 856 tona çatıb, ümumi tədarük isə 1% artaraq 1,206 min tona çatıb. Bazar kəsiri birjadankənar valyuta hesabına ödənilib.

Gundelik.az