İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Manatla pul kütləsinin həcmi artıb

Bu ilin aprelin 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 46,7 milyard manat təşkil edib.

Bu barədə Gundelik.az Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu, aylıq müqayisədə 56 milyonmanat və ya 0,12%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 1,9 milyard manat və ya 4,2% çoxdur.

Bundan başqa, 2025-ci ilin aprelin 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 35,6 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 123 milyon manat və ya 0,35%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 1,1 milyard manat və ya 3,2% çoxdur.

Həmçinin hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 28,3 milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 157 milyon manat və ya 0,56% çox, 2024-cü ilin eyni dövrünə nisbətən isə 387 milyon manat və ya 1,35% azdır.

Eyni zamanda bu ilin martın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 16,1 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 525 milyon manat və ya 3,38%, ötən ilin eyni dövrünə nisbətən isə 640 milyon manat 4,15% çoxdur.

Gundelik.az