İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

“Premier Kredit” BOKT-un lisenziyası ləğv olundu

Azərbaycan Mərkəzi Bankı (AMB) “Premier Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını ləğv edib. 

Gundelik.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, lisenziya könüllü müraciət əsasında ləğv olunub.

BOKT bu qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.

Gundelik.az