İqtisadi inkişaf sosial strukturlarda, əhali arasında münasibətlərdə və milli institutlardadəyişiklikləri, habelə iqtisadi artımın sürətləndirilməsini, bərabərsizliyin azaldılmasını və yoxsulluğun aradan qaldırılmasını əhatə edən çoxölçülü bir prosesdir.
Azərbaycan iqtisadiyyatı da bir sıra inkişaf mərhələsi keçmişdir.
Müstəqilliyin əldə edildiyi dövrdən başlayaraq, aşağı neft qiymətləri dövrü daxil olmaqla işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiya prosesinə qədər bir sıra iqtisadi inkişafın müasir xüsusiyyətlərini Azərbaycanın milli iqtisadiyyatında müşahidə etmək mümkündür.
Gündəmdə olan bu kimi aktual suallara aydınlıq gətirmək məqsədilə Gundelik.az mütəxəssisə –İqtisadçı, ekspert Samir Heydarova suallar ünvanladı.
Müsahibəni sizə təqdim edirik:
Samir müəllim, Milli iqtisadiyyat və iqtisadiyyatın sahə atrukturu üzrə Yol xəritələrrinin icrası ölkəmizə nələr qazandırdı?
–Prezident İlham Əliyevin fərmanı ilə 2016 ci ildə “Milli iqtisadiyyatın inkşaf strategiyası və milli prioritetlər”adlı strateji Yol xəritəsi qüvvədədir.Bununla bağlı ölkəmizdə 2016 ci ildən milli iqtisadiyyatın 12 dən çox əsas sahələrini əhatə edən edən yol xəritələri hazırlandı.Onların məqsədi iqtisadiyyatda dayanıqlı və inklyuziv inkşafı eyni zamanda iqtisadiyyatda diversifikasiya və rəqabətqabiliyyətliliyi təmin etmək idi.Sonra iqtisadi islahatların davamı olaraq
2022-2026 ci illəri əhatə edən Azərbaycanın sosial iqtisadi inkşafıni təmin edən strategiya “Azərbaycan-2030”un milli prioritetlərinin həyata keçrilməsinə fəaliyyətlər yönəldilmişdir.
Bu prioritetlər iqtisadi inkşaf,qeyri neft sektorunun inkşafı,yaşıl və dayanıqlı iqtisadi inkşaf kimi prioritetlərdən ibarətdir.
Asiya İnkşaf Bankının proqnozlarına görə Azərbaycanın ÜDM-sinin 2025 cildə 3.4% artacağı gözlənilir.
Qeyri-neft sektoruna xüsusi diqqət yetrilməsi nəticəsində 2024 cu ildə qeyri neft sektorunun payı əvvəlki ilə nisbətən 6.2% artmışdır.
Qeyri neft ÜDM-sinin həcmi ÜDM dəki payı 68 % çatmışdır.2023 cu ildə bu göstərici 66% olmuşdur.
Azərbaycan höküməti 2022-2026 ci illəri əhatə edən sosial-iqtisadi inkşaf strategiyasını icra etməkdədir.Milli iqtisadiyyatı diversifikasiya etməklə rəqəmsal texnologiyaların eyni zamanda ölkənin dayanıqlı və davamlı inkşafını təmin etməkdədir.
2025 ci-ildə rəqəmsal iqtisadiyyatın payının milli iqtisadiyyatda artmasına eləcə də ölkənin beynəlxaq arenada reytinqinin artrılmasına istiqamətlənmiş fəaliyyətlər həyata keçrilmişdir.Bu istiqamətdə görülən işlər nəticəsində ölkə bir çox beynəlxalq reytinqlərdə qabaqcıl yerlərə yüksəlmişdir.Bununla bağlı ölkədə cənab prezidentin sərəncamı ilə 2018 ci ildə “Biznes mühütu və beynəlxalq reytinqlər” adlı dövlət kommisiyası yaradılmışdır ki,bu kommisiya da öz növbəsində ölkə iqtisadiyyatının rəqabətqabiliyyətini artırmaq üçün beynəlxalq praktikanın ölkədə tətbiqini və fəaliyyət mexanizminlərinin işlənib hazırlanması üçün fəaliyyətlər həyata keçirməkdədir.
Sənayeləşmə siyasəti müstəvisində Sənaye park və məhəllələrinin yaradılması daha hansı perspektivlər vəd edir?
–Ölkədə 13 sənaye əraziləri vardır ki,onlardan 9 sənaye parkı 4 isə sənaye məhəlləsi statusundadır.
İlk sənaye parkı 2011 ci ildə Sumqayıtda və Balaxanıda yaradlmışdır.Numunə olaraq onu demək olar ki ölkənin sənaye potensialının artrılması üçün Sumqayıt sənaye parkına 6.2 milyard manat investiya yatrılmışdır.70 ölkəyə ixrac həyata keçrilməkdədir.10 mindən çox iş yeri yaradılmışdır.Burada kimya sənayesi, maşınqayırma sahəsi və plastik istehsalı ,metallurgiya sahəsinə aid müəssislər fəaliyyət göstərir.Əsas rezidentləri SOCAR Polymer,Azerfloat və.s dir
Işğaldan azad olunmuş torpaqlarda 2021 ci ildən Ağdam və Araz vadisi sənaye parkları fəaliyyət göstərir.
Ağdam sənaye parkında inşaat materiallarının istehsalı,mebel,kənd təssərüfatı məhsullarının emalı,yüngül sənaye məhsullarının istehsalı həyata keçirilir.
Sənaye parkında ümumi investisiyaların həcmi 270 milyon manatdan çoxdur.
Daha çox daxili bazarın və Qarabağın bərpası üçün istehsal həyata keçirilir.2400 dən çox iş yerinın açılması nəzərdə tutulur.Artıq 29 sahibkarlıq subyektinə rezident statusu verilmişdir.
Yeri gəlmişkən onu da qeyd edək ki, cənab prezident İlham Əliyevin fərmanı ilə 2025-2028 ci illəri əhatə edən “Süni intellektin inkşafı strategiyası” 15 martdan qüvvədədir.
Bu strategiyaya görə süni intellekt sahəsində fəaliyyət göstərən yerli və xarici rezidentlər texno parklara və sənaye zonalarına cəlb oluna bilərlər.Eyni zamanda onlar üçün güzəştli kreditlər də mövcud olacaqdır.
Gundelik.az
