İyul 8, 2026
Baku
Xəbərlər

FHN keçmiş nazirin şirkətindən yeni avtomobil alır

Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu üçün yeni xidməti avtomobil alır.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, avtomobilin qiyməti 253 148 manat müəyyənləşib.

Belə ki, FHN sedan tipli xidməti minik avtomobilini “İmprotex Motors” şirkətindən alacaq və artıq alqı-satqı ilə bağlı müqavilə də bağlanılıb.

Qeyd edək ki, BMW, “BMW Motorrad”, MINI, “Rolls-Royce” və “Yamaha” kimi məşhur markaların Azərbaycana rəsmi idxalçısı olan “İmprotex Motors” şirkəti 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. O, 2006-2013-cü illərdə nazir vəzifəsində çalışıb.

Gundelik.az