Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu üçün yeni xidməti avtomobil alır.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, avtomobilin qiyməti 253 148 manat müəyyənləşib.
Belə ki, FHN sedan tipli xidməti minik avtomobilini “İmprotex Motors” şirkətindən alacaq və artıq alqı-satqı ilə bağlı müqavilə də bağlanılıb.
Qeyd edək ki, BMW, “BMW Motorrad”, MINI, “Rolls-Royce” və “Yamaha” kimi məşhur markaların Azərbaycana rəsmi idxalçısı olan “İmprotex Motors” şirkəti 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. O, 2006-2013-cü illərdə nazir vəzifəsində çalışıb.
Gundelik.az

