Gundelik.az xəbər verir ki,BMT-yə təqdim olunan yeni hesabatda xəbərdarlıq edilir ki, 2030-cu ilə qədər müasir qulluq ləğv edilməzsə, milyonlarla insanın həyatı təhlükədə olacaq.Böyük Britaniyanın sabiq baş naziri, baronessa Tereza Meyin sədrliyi ilə fəaliyyət göstərən “Müasir Qulluq və İnsan Alveri üzrə Qlobal Komissiya” çərşənbə axşamı günü BMT Baş katibi Antoniu Quterreşə “Heç Bir Ölkə Toxunulmaz Deyil” adlı 150 səhifəlik hesabatını təqdim edib. Hesabatda sistematik uğursuzluqlar, qlobal səviyyədə biganəlik və müasir qulluqda olan 50 milyon insanın acınacaqlı durumu əks olunur.CNN-ə verdiyi müsahibədə Tereza Mey bu məsələnin dövrümüzün ən ciddi insan hüquqları problemi olduğunu vurğulayaraq bildirib: “Bu, bəşəriyyətimiz üçün mənəvi ləkədir.”Komissiya hesabatında qeyd edir ki, bu çağırış BMT üzv dövlətləri üçün bir xəbərdarlıqdır. Hərəkətsizlik yalnız Davamlı İnkişaf Məqsədləri çərçivəsində yer alan 8.7-ci hədəfin – 2030-cu ilə qədər müasir qulluğun ləğvi məqsədinin reallaşmasına əngəl törətməyəcək, eyni zamanda daha çox insanın həyatını riskə atacaq.Hesabat hökumətləri, biznesləri və vətəndaş cəmiyyətini dərhal konkret addımlar atmağa çağırır.
Gundelik.
