Kibercinayətkarlıq – kompüter sistemlərinə və ya digər informasiya texnologiyaları şəbəkələrinə, cəmiyyətin informasiya təhlükəsizliyinə və kibermaraqlarına əhəmiyyətli ziyanın vurulması ilə xarakterizə edilən hərəkət və hərəkətsizlikdən ibarət transmilli cinayət əməlidir.Azərbaycan Respublikasının da tərəf olduğu Kibercinayətkarlıq haqqında Konvensiyada (Budapeşt Konvensiyası) kibercinayətlərin dairəsi müəyyən edilmişdir.Avropa Şurasının (AŞ) 2001-ci ildə Budapeştdə imzalanmış və 2004-cü ildə qüvvəyə minmiş Kibercinayətkarlıq və ya Budapeşt Konvensiyası kibercinayətkarlıqla mübarizədə tarixi nailiyyət hesab oluna bilər və bu günə qədər müvafiq sahədə aparıcı və ən çox istinad olunan beynəlxalq sənəddir.Belə ki, bu Konvensiya bütün dünya üzrə İnternet istifadəçilərinin üçdə bir hissəsini əhatə edir. Bu sənəddə kibercinayətkarlıq üzrə maddi və prosessual hüquqlar, yurisdiksiya sahəsində qabaqcıl təcrübə öz əksini tapıb.Ən vacib cəhətlərindən biri odur ki, Konvensiyanın müddəaları əksər üzv ölkələr tərəfindən milli qanunvericiliyə tətbiq edilmişdirKompüter cinayətlərinin ümumi təsnifatlarından biri 1983-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatı ekspertlər qrupu tərəfindən təklif olunmuşdur. Ona müvafiq olaraq kompüter cinayətlərinin aşağıdakı kriminoloji qrupları müəyyənləşdirilmişdir:
– iqtisadi cinayətlər;
– şəxsi hüquq və şəxsi dairə əleyhinə cinayətlər;
– dövlət və ictimai maraqlar əleyhinə cinayətlər. İqtisadi kompüter cinayətləri daha geniş yayılmış hesab olunurlar.
Onlar tamah məqsədi ilə törədilir və kompüter dələduzluğu, proqramların oğurlanması (“kompüter piratlığı”), xidmətlərin oğurlanması, iqtisadi casusluq kimi halları özündə birləşdirir. Şəxsi hüquq və şəxsi dairə əleyhinə kompüter cinayətləri şəxs haqqında verilənlərin qanunsuz yığılması, şəxsi informasiyanın yayılması (məsələn, bank və ya tibbi sirlər), xərcləri haqqında informasiyanın qanunsuz alınması və s. özündə birləşdirir. Dövlət və ictimai maraqlar əleyhinə kompüter cinayətləri dövlət və ictimai təhlükəsizlik əleyhinə yönəlmiş, dövlətin müdafiə qabiliyyətinə təhlükə yaradan və eləcə də avtomatlaşdırılmış səsvermə sistemlərindən sui-istifadə və s. cinayətləri özündə birləşdirir.Azərbaycan Respublikasının qanunvericiliyində kibercinyətkarlıqla mübarizə və bu hüquqazidd əməllərə görə məsuliyyət məsələlərinə diqqət yetirilir, milli qanunlara beynəlxalq konvensiyaların tələblərindən irəli gələn əlavə və dəyişikliklər 32 edilir.Bununla əlaqədar 30 sentyabr 2009-cu il tarixli “Kibercinayətkarlıq haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu12 qəbul edilmiş, müvafiq bəyanatlar və qeyd sərtlərlə bu sənəd təsdiq olunmuşdur.29 iyun 2012-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunla13 Məcəllənin həmin fəsli daha da təkmilləşdirilmiş, “Kibercinayətlər” adlandırılmış, buraya kibercinayətkarlıqla mübarizəni şərtləndirən yeni müddəalar əlavə olunmuşdur.Konvensiyası) sənin 271-ci maddəsinə görə, kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompüter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma cinayət sayılır və cəzalandırılır.Həmin Məcəllənin 272-ci maddəsində kompüter məlumatlarını qanunsuz ələ keçirmə cinayət hesab edilir:- Kompüter sisteminə, kompüter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompüter məlumatlarının, o cümlədən bu cür kompüter məlumatlarının daşıyıcısı olan kompüter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Fariz Əkbərov
Hüquqi–Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri
#FarizƏkbərov #hüquq #Kibercinayətlər #Konvensiya
Gundelik.az
