İyul 8, 2026
Baku
Xəbərlər

Yapon şirkətləri müxtəlifliyi təşviq etməyə davam edir

Gundelik.az bildirir ki, Yaponiyada fəaliyyət göstərən şirkətlərin əksəriyyəti iş yerlərində müxtəliflik və karbon neytrallığı siyasətindən geri çəkilməyi planlaşdırmır. Bu nəticə Reuters agentliyinin keçirdiyi sorğudan sonra məlum olub. ABŞ Prezidenti Donald Tramp yanvar ayında vəzifəyə başladıqdan sonra federal qurumlarda və özəl sektorda müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) proqramlarını ləğv etmək üçün bir sıra sərəncamlar imzalayıb. Bunun nəticəsində Meta (Facebook və Instagram-ın sahibi) və Google kimi böyük Amerika şirkətləri bu sahədə geri addım atıblar. Buna baxmayaraq, Yapon şirkətləri fərqli mövqe nümayiş etdirir. Sorğuda iştirak edən şirkətlərin 77%-i müxtəliflik təşəbbüslərinə davam edəcəklərini, 3%-i isə bu siyasətə yenidən baxdıqlarını bildirib. 20%-i isə ümumiyyətlə müxtəliflik siyasəti aparmadığını qeyd edib. Qeyd edək ki, Yaponiya G7 ölkələri arasında gender bərabərliyi sahəsində ən zəif nəticəyə malik ölkədir.

Gundelik.az