İyul 8, 2026
Baku
Tarixdə bu gün Xəbərlər

9 Oktyabr – Xocavənd rayonunun Hadrut qəsəbəsinin erməni işğalçılarından azad olunduğu gün, (2020)

Hadrut — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində qəsəbə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. 9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində azad edilmişdir. Oykonim İran dillərindəki ha (ara), du (iki) və rud (çay) komponentlərindən düzəlib, “iki çayın arası” mənasındadır. Qəsəbənin adı fars dilində “hədi dü rud”, yəni “iki çay arası” mənasına gəlir. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq 393 nahiyəsinin Haderud kəndi olaraq keçir. Hadrut qəsəbəsinin 1939-cu ilədək adı Dizaq olmuşdur. Qozluçayın dərəsində, Arqu dağının ətəyində yerləşir. 1930-cu ildə burada vəba epidemiyası var idi, onun müalicə olunmasına həkim Lev Zilber başçılıq edirdi. 10 sentyabr 1939–cu ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib. Belə ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert rayonları adlandırılıb. Əhalisi: 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Hadrut şəhərinin əhalisinin faktiki sayı 2936 nəfər, qeydiyyatdakı əhalinin sayı 2974 nəfər təşkil edirdi.

Gundelik.az