İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

5,6 milyon manatlıq lizinq şirkəti kapitalını azaldır

“Azmaş Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalını azaldır.

Bu barədə Gundelik.az şirkətə istinadən xəbər verir.

“Kreditorlar tələblərini hüquqi ünvana bildirə bilərlər”, – məlumatda qeyd olunub.

Sözügedən MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı hazırda 5 620 200 manat olan şirkətin qanuni təmsilçisi Qaraxanova Fəridə Misirxanova adlı şəxsdir.

Gundelik.az