Zaman Qarayev M. F. Axundov ədəbi irsinin öyrənilməsi sahəsində çox böyük xidmətləri olan ədəbiyyatçımızdır..
Qarayev Zaman Sadiq oğlu nasir, ədəbiyyatşünas, 1961- ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1976), “Qızıl qələm” mükafatı laureatı.
Qarayev Zaman Sadiq oğlu 1931-ci ildə Azərbaycanın Şəki rayonunun Böyük Dəhnə kəndində kolxozçu ailəsində anadan olmuşdur. Kənd orta məktəbi bitirdikdən sonra ADU- nun filologiya fakultəsində təhsil almışdır (1947-1952).Qasım İsmayılov və Şəki rayonlarının kənd məktəblərində müəllimlik etmişdir. Bakıya köçəndən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Şirkətində, “Gənclik” nəşriyyatında və “Kənd həyatı” jurnalında işləmişdir. Azərbaycan Dövlət
Televiziya və Radio Verlişləri Şirkətində redaktor vəzifəsində çalışmışdır. “Təşəbbüs” adlı ilk hekayəsi “İnqilab və mədəniyyət”Jurnalında (1951,N 9) dərc olunmuşdur. Həmin vaxtdan dövri mətbuatda kiçik hekayələri, elmi və publisistik məqalələri müntəzəm çap edilmişdir.
Zaman Qarayev M. F. Axundov ədəbi irsinin öyrənilməsi sahəsində faydalı işlər görmüşdür. Onun məlum olmayan “Səfərdə” və “İran şahının Qafqaza səyahəti” əsərlərini aşkara çıxarıb çap etdirmişdir. 2004- cü il mayın 24 – də vəfat etmişdir.
Əsərləri: “Kürən” (1959), “Qonağım olun” (1961), “Göy çəmənlər” (1965), “Xarqo” (1967), “Gəlinaparan” (1969), “Ayrılıqdan sonra” (1981), “Əlincə qalası” (1988), “Amansız vəzir” (1998), “Dəhnə ziyalıları” (2000) və s.
Gundelik.az
