İyul 8, 2026
Baku
Ədəbiyyat Tarixdə bu gün Xəbərlər

25 Fevral – Sadıxov Firuznin anadan olmasının 95 illiyi, (1931-1995)

Sadıxov Firuz Sadıx oğlu – nasir, tənqidçi, ədəbiyyatşünas, 1959 – cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü

Sadıxov Firuz Sadıx oğlu 1931- ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 7 yaşında ikən atasını itirdiyindən anasının himayəsi altında boya-başa
çatmışdır. 1938- ci ildə ailəliklə Cənubi Azərbaycana köçmüşlər. İbtidai təhsilini Sərab şəhərində, sonra Tehranda farsca almışdır. 1945 – ci ildə İran Demokratik Gənclər İttifaqı sıralarına daxil olmuşdur. 1946 – cı ilin dekabrında ailəliklə Sovet İttifaqına – Bakıya köçmüşlər. Burada orta məktəbi bitirdikdən sonra ADU – nun filologiya fakultəsində təhsil almışdır (1950-1955). Kiçik yaşlarından şeir və hekayə yazsa da, onun “İlk mahnı” adlı kiçik həcmli hekayəsi 1950 – ci ildə Cənubi Azərbaycan yazıçılarının almanaxında çıxandan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. İctimai işlərdə fəal çalışmışdır.
Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin məsul katibi olmuşdur (1957-ci ildən).Universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında aspirant olarkən Qətran Təbrizinin həyat və yaradıcılığı mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir
(1958).Universitetdə dosent vəzifəsində çalışmışdır. Müasir Cənubi Azərbaycan ədəbiyyatının bir sıra məsələlərinə dair məqalələri, rəyləri çap olunmuşdur. “Heyrət ey büt” (qəzəllər) kitabı onun tərtibi, redaktorluğu ilə kütləvi tirajla buraxılmışdır (1992). Firuz Sadıxzadə 1997- ci il mayın 24 – də Bakıda vəfat etmişdir.

Əsərləri: “Savalan ətəklərində” (1956), “Məhəbbət və azadlıq” (1963), “Tüfənglə ölçülən torpaq (povest və hekayələr)” (1967), “Məhəbbət körpüsü” (1975), “Nizami və
müasirlik” (1992) və s.

Gundelik.az