Fransa hesab edir ki, Avropada irimiqyaslı hərbi münaqişə 2030-cu ilə qədər inkişaf edə bilər.
Gundelik.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə və Milli Təhlükəsizlik üzrə Baş Katibliyinin (SGDSN) saytında dərc edilmiş 2025-ci il üçün Strateji Milli İcmalda (RNS) deyilir.
“Biz 2030-cu ilə qədər Fransa və onun müttəfiqlərini, xüsusən də Avropadakıları cəlb edə biləcək Avropanın milli ərazisindən kənarda böyük, yüksək intensivlikli müharibə riskinin artdığı yeni dövrə qədəm qoyuruq”, – sənəddə qeyd edilir.
Sənədin müəllifləri həmçinin hesab edir ki, ölkə genişmiqyaslı hibrid hücumlara məruz qala bilər.
Fransa hakimiyyətinin fikrincə, yaxın 3-5 il ərzində Rusiyadan “aqressiya” mümkündür. Potensial hədəflər kimi Moldova, Balkanlar və hətta NATO ölkələrinin adı çəkilir.
Rusiya hakimiyyəti isə bəyan edib ki, Moskva Avropa üçün təhlükə yaratmır. Rusiya Prezidenti Vladimir Putin öz çıxışlarında bu cür ittihamları yersiz adlandırıb və bunun Qərb ölkələrində ictimaiyyəti qorxutmaq cəhdi olduğunu iddia edib.
Gundelik.az

