İyul 8, 2026
Baku
Tarixdə bu gün Xəbərlər

18 Avqust – Sərhəd Qoşunları Günü, (2002)

       “Vətən – Yurdun bütün torpaqlarını birləşdirib vahid, qüdrətli və mərkəzləşdirilmiş Azərbaycan dövləti yaradan, doğma dilimizi Dəmirqapı Dərbənddən İran körfəzinə qədər böyük bir ərazidə – Səfəvi imperatorluğunda dövlət  dilinə çevirən Şah İsmayıl Xətayinin əmanətidir bizə!”

     Ümummilli lider Heydər Əliyev

18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust sərəncamı ilə avqustun 18-i Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınıb. Sovet dövründə Sərhəd Qoşunları Dövlət Təhlükəsizlik Komitəsinin strukturu kimi mövcud olub, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da sərhəd xidməti bir müddət Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərib. Prezident Heydər Əliyevin 2002-ci il 31 iyul tarixli fərmanı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti yaradılıb. Həmin fərmanla Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı təyin edilib.

Gundelik.az