Böyük Britaniya Suriya Müdafiə Nazirliyini, Daxili İşlər Nazirliyini, həmçinin bu ölkənin bir sıra KİV və kəşfiyyat qurumlarını sanksiyalar siyahısından çıxarıb.
Gundelik.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Nazirliyi öz rəsmi saytında məlumat yayıb.
Sənəddə deyilir: “Aşağıdakı vəzifələr birləşdirilmiş siyahıdan çıxarılıb və artıq aktivlərin dondurulması tədbirləri tətbiq edilmir: Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi
Həmçinin ORTAS, Sama TV, Cham Press TV və Al Watan da daxil olmaqla Suriyanın böyük media şirkətlərinə qarşı sanksiyalar da qaldırılıb”.
Xatırladaq ki, martın 6-da Böyük Britaniya hökuməti Suriyanın bəzi banklarına, o cümlədən ölkənin Mərkəzi Bankına qarşı sanksiyaları ləğv edib. Dekabr ayında isə Suriyanı tərk edən Bəşər Əsədin rəhbərlik etdiyi 2011-2014-cü illər arasında siyahıya əlavə edilən cəmi 24 maddə siyahıdan çıxarılıb.
Gundelik.az
