Sentyabr 21, 2026
Baku
İdman

14 illik fasilədən sonra “Dockers’ Derby”də qalib müəyyənləşmədi

İngiltərə Çempionatında turun ən çox gözlənilən qarşılaşmalarından biri başa çatıb. 14 illik fasilədən sonra yenidən üz-üzə gələn Millwall və West Ham United komandaları 2:2 hesablı heç-heçə ilə kifayətləniblər.

Gundelik.az xəbər verir ki, “The Den” stadionunda keçirilən görüş London futbolunun ən tarixi rəqabətlərindən birinə yenidən səhnə olub.

Görüşə daha inamlı başlayan meydan sahibləri ilk hissədə iki dəfə fərqlənməyi bacarıblar. Millwallın qollarına Caleb Taylor və Camiel Neghli imza atıb. Beləliklə, komanda fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb. Lakin ikinci hissədə meydan sahibləri tamamilə fərqli mənzərə ilə qarşılaşıb. West Ham hesab arasındakı fərqi azaldıb və daha sonra bərabərlik qolunu vuraraq 2:2 hesabını təmin edib. Bununla da qonaqlar iki top geridə olduğu oyundan bir xalla ayrılıblar.

Qarşılaşmanın son dəqiqələri də sakit keçməyib. West Hamın futbolçusu Mohamadou Kanté əlavə vaxtda rəqibin təhlükəli hücumunu dayandırdığı üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Beləliklə 14 illik fasilədən sonra ilk derbi heç-heçə ilə yekunlaşıb.

Ramal Bəhmənli
Gundelik.az