İyul 8, 2026
Baku
Aktual Xəbərlər

12,500 il əvvəl nəsli kəsilmiş canavar yenidən həyata qaytarıldı – Dünyanın ilk “uğurla dirildilmiş” heyvanı

Gundelik.az xəbər verir ki,ABŞ-ın Dallas şəhərində yerləşən Colossal Biosciences biotexnologiya şirkətinə görə, təxminən 12,500 il əvvəl nəsli kəsilmiş bir canavar növü – “dire wolf” – yenidən həyata qaytarılıb. Şirkətin bildirdiyinə görə, bu, “dünyanın ilk uğurla dirildilmiş heyvanı”dır.Colossal-ın alimləri qədim DNT, klonlama və gen redaktəsi texnologiyalarından istifadə edərək boz canavarın (nəsli kəsilmiş dire wolf-un ən yaxın yaşayan qohumu) genlərini dəyişdiriblər və nəticədə üç bala “dire wolf” yaradılıb. Ortaya çıxan bu yeni canlılar, xarici görünüşünə görə nəsli kəsilmiş əcdadlarına bənzəyən hibrid növ kimi təsvir olunur.Aenocyon dirus elmi adı ilə tanınan dire wolf, Şimali Amerikada bir zamanlar yaşamış və qidalanma zəncirinin zirvəsində dayanmış yırtıcı olub. Bu heyvan HBO-nun məşhur “Game of Thrones” serialında qorxunc canavar obrazına ilham vermişdi. Colossal şirkəti bildirir ki, dire wolf-lar boz canavarlardan daha böyük olub, başları bir qədər enli, tükləri qalın və çənələri daha güclü idi.Şirkət 2021-ci ildən bəri mamont, dodo və Tasmanian pələngi kimi nəsli kəsilmiş heyvanları diriltmək üzərində çalışırdı, lakin dire wolf-larla bağlı bu layihəni indiyə qədər ictimaiyyətə açıqlamamışdı.Colossal şirkətinin həmtəsisçisi və baş direktoru Ben Lamm deyib: “Bu böyük nailiyyət, bizim ‘nəsli diriltmə’ texnologiya platformamızın işlədiyini sübut edən bir çox uğurlu nümunənin ilkidir. Komandamız 13,000 il yaşı olan bir diş və 72,000 il yaşı olan bir kəllə sümüklərindən DNT götürərək sağlam dire wolf balaları yaratdı.”

Gundelik.az