Gundelik.az Dünya “12–13 oktyabrda qiyamət qopacaq” – Dünyanın sonu üçün yeni tarix açıqladı
Dünya Xəbərlər

“12–13 oktyabrda qiyamət qopacaq” – Dünyanın sonu üçün yeni tarix açıqladı

Cənubi Afrikada uğursuz “dünyanın sonu” proqnozları ilə tanınan pastor Coşua Mlakela bəşəriyyətin “göyə yüksələcəyi” yeni tarixi açıqlayıb. Onun iddiasına görə, bu hadisə 2026-cı il 12–13 oktyabr tarixlərində baş verəcək.

Gundelik.az xəbər verir ki, bu barədə “The Express” məlumat yayıb.

Mlakela bildirib ki, yeni tarixi ona Tanrı və İsa Məsihin göründüyü iddia edilən görüntülərdən sonra öyrənib. Onun sözlərinə görə, bəzi xristianların Böyük Müsibət dövründən əvvəl möminlərin göyə aparılması ilə əlaqələndirdiyi “göyə yüksəliş” hadisəsinə artıq bir həftə qalıb. Pastor bu tarixlərin yekun olduğunu və daha dəyişdirilməyəcəyini iddia edib.

Mlakela daha əvvəl 23 sentyabr 2025-ci ildə “göyə yüksəliş”in baş verəcəyini proqnozlaşdırmışdı. Bəzi tərəfdarları bu proqnoza o qədər inanmışdılar ki, evlərini və avtomobillərini satmış, hətta işdən çıxanlar da olmuşdu. Proqnoz özünü doğrultmadıqdan sonra pastor Tanrının insanların tövbə etməsi üçün Qiyamət gününü təxirə saldığını bildirmişdi.

İndi isə Mlakela əvvəlki səhvini təqvimdəki uyğunsuzluqla izah edir. O, yeni tarixi yəhudilərin Roş ha-Şana bayramı ilə əlaqələndirərək, əsl tarixin sentyabrda deyil, oktyabrda olduğunu iddia edir.

Bundan əvvəl milyarder Piter Til də dünyanın sonunun yaxınlaşdığını söyləmiş və “Antixristin artıq aramızda olduğunu” iddia etmişdi. Onun fikrincə, texnologiyaların inkişafının məhdudlaşdırılması ilə bağlı cəhdlər Armageddonun yaxınlaşmasını daha da sürətləndirir.

Nurəddin Abdullayev
Gundelik.az

Exit mobile version