Gundelik.az Dünya Ərdoğan və Putin ikitərəfli münasibətləri müzakirə ediblər
Dünya Siyasət Xəbərlər

Ərdoğan və Putin ikitərəfli münasibətləri müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Gundelik.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsi məlumat verib.

Telefon danışığı zamanı Ərdoğan Putini ad günü münasibətilə təbrik edib.

Söhbət zamanı Türkiyə-Rusiya ikitərəfli münasibətləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.

Ərdoğan telefon danışığı zamanı Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi üçün addımların atılmasının vacibliyini vurğulayıb.

Türkiyə prezidenti həmçinin bildirib ki, Ankara Rusiya ilə Ukrayna arasında birbaşa əlaqələrin qurulmasına yönəlmiş səylərə töhfə verməyə davam etməyə hazırdır.

Exit mobile version