İyul 8, 2026
Baku
Ədəbiyyat Tarixdə bu gün Xəbərlər

10 İyun – Şair İltifat Salehin anadan olmasının 90 illiyi, (1935)

Salayev İltifat Saleh oğlu — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar
İttifaqının üzvü.

İltifat Saleh 1935-ci il iyunun 10-da Azərbaycanın Lənkəran rayonunun Boladi kəndində kolxozçu ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1954). ADPİ-nin tarix-fılologiya fakültəsində təhsil almışdır (1956-1961). Əmək fəaliyyətinə Lənkəran rayonunda, Port-İliç şəhər orta məktəbində müəllim kimi başlamışdır (1961-1971). Eyni zamanda Mərkəzi Dövlət arxivinin Lənkəran filialının əməkdaşı olmuşdur (1968-71). Lənkəran rayon zəhmətkeş deputatları sovetinin sədr müavini (1971-1975), Port-İliç şəhər zəhmətkeş deputatları sovetinin sədri (1975-1977), tarix və mədəniyyət abidələrini Könüllü Mühafizə Cəmiyyəti Lənkəran şöbəsinin təlimatçısı (1977-1978), Lənkəran rayon radio verilişlərinin redaktoru (1978), məsul redaktoru (1978-1987) vəzifələrində çalışmışdır. Hazırda Port-İliç şəhər ortaməktəbində tədris hissəsi üzrə müdir müavini işləyir (1987-ci ildən). Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölgəsi üzrə məsul katibidir (1995-ci ildən). 1960-cı ildən mətbuatda öz şeirləri ilə çıxış edir. “Zənglərin səsi” (1989) və “Sənə demədiklərim” (1996) şeirlər  toplusu nəşr olunmuşdur. “Sabir poeziyası” və “Azərbaycan” almanaxlarında şeirləri çap edilmişdir.
Əsərləri: “Səni görmək üçün : şeirlər” (1978), “Ay işığı : şeirlər və poema” (1983).
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 424.

Gundelik.az