İyul 8, 2026
Baku
Ədəbiyyat Tarixdə bu gün

1 İyul – Ədəbiyyatşünas, tənqidçi Pənah Xəlilovun 100 illiyi, (1925)

Xəlilov Pənah İmran oğlu – ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), professor (1971) Pənah Xəlilov 1925-ci il iyulun 1-də Gürcüstanın Borçalı rayonunun Sadaxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənddə almışdır. 1934-cü ildə ailəlikcə Gəncəyə köçdüklərindən M.Ə.Sabir adına 5 saylı şəhər orta məktəbində oxumuş, ADU-nun filologiya fakültəsini bitirib (1943-1948), orada Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı (1948-1951), sonra həmin kafedrada baş müəllim, dosent (1951-1969), SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri (1969-1989) olmuşdur. 1948-ci ildən fəal ədəbi yaradıcılığa başlamışdır. Ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə ilə məşğul olmuşdur. Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşmışdır. “Azərbaycan sovet ədəbiyyatı tarixi” (üç cilddə) və “Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri” (rusca) kitablarının müəlliflərindən biridir. Azərbaycan yazıçılarının VI qurultayında idarə heyətinə seçilmişdir.
Əsərləri: “Sovet ədəbiyyatının son nailiyyətləri” (1964), “Azərbaycan sovet ədəbiyyatı” (1966), “SSRİ xalqları ədəbiyyatı” : iki cilddə. I c. (1966), “SSRİ xalqları ədəbiyyatı “: iki cilddə. II c.
(1968), “Sovet ədəbiyyatı”: dərsliyə əlavə. (1970), “Dostluğun gücü” (1972), “Ədəbiyyatşünaslığın əsasları” (1972), “SSRİ xalqları ədəbiyyatı” : iki cilddə. I c. (1975), “SSRİ xalqları ədəbiyyatı : iki cilddə. II c. (1977), “Nəsrimizin üfüqləri” (1982), “Ədəbiyyatşünaslığın əsasları” (1988),”Kitabi-Dədə Qorqud” – intibah abidəsi. (1993), “Türk xalqlarının və Şərqi slavyanların ədəbiyyatı” (1994), “Əhməd Yəsəvi” (1998), “Nizami Gəncəvi və SSRİ xalqları ədəbiyyatı” : məqalələr toplusu. (1986) və s. Tərcümələri (rus dilindən): “Üç qardaş” (1972), “Ağıllı qız” (1972), “Bir uşaq şəhəri necə xilas elədi” (19720, “Qızıl alma” (1972), “Dombra nə dedi? “ (1972), “Yarı qulağın nağılı” (1972), “Kəndlilər ağanı təbrik etdilər” (1972), “Çöl qazları” (1972), “Sehirli dəyirman” (1972), “Beş kökə” (1982), “Ərik çəyirdəyi” (1982), “İki Peters” (1982), “Kəndli və tamahkar pan” (1982), “Dabbağ Kiril” (1983), “Herodot” Tarix : 9 kitabda. (1994) və s.

Gundelik.az