Gundelik.az Dünya Zelenski: Rusiyanın logistik mərkəzlərinə zərbələr endirdik
Dünya Siyasət Xəbərlər

Zelenski: Rusiyanın logistik mərkəzlərinə zərbələr endirdik

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Stavropol və Krasnodar vilayətlərində yerləşən bəzi logistik mərkəzlərə zərbələr endirdiklərini açıqlayıb.

Zelenski sosial media hesabında paylaşdığı məlumatda Rusiyadakı bir neft anbarına da hücum həyata keçirildiyini bildirib.

Hücumları həyata keçirən Ukrayna hərbçilərinə təşəkkür edən Zelenski, “Qara dəniz və Azov dənizi akvatoriyasında Rusiyanın kölgə donanmasına məxsus 1 tanker və 4 quru yük gəmisi vurulub”, – deyə qeyd edib.

Ukrayna Prezidenti həmçinin bildirib ki, “Sülhə ehtiyac var və Ukrayna Rusiya tərəfinə bütün təkliflərini təqdim edib. Rusiyanı diplomatiya yoluna qayıtmağa məcbur etməliyik.”

Zelenski gecə saatlarında həyata keçirildiyi bildirilən hücumlara aid görüntüləri də sosial media hesabında paylaşıb.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version