Gundelik.az Dünya Zelenski 6 maydan atəşkəs elan etdi, Rusiyanı da qoşulmağa çağırdı
Dünya Xəbərlər

Zelenski 6 maydan atəşkəs elan etdi, Rusiyanı da qoşulmağa çağırdı

Volodimir Zelenski bildirib ki, 6 may tarixindən etibarən yerli vaxtla saat 00:00-dan başlayaraq müvəqqəti atəşkəs elan edilib və Rusiyanı da bu qərara əməl etməyə çağırıb.

Zelenski sosial media paylaşımında qeyd edib ki, keçmiş Sovet İttifaqının İkinci Dünya müharibəsində Nasist Almaniyasını məğlub etməsinin qeyd olunduğu Qələbə Günü ilə əlaqədar Rusiyanın 8–9 may tarixlərində Ukraynada atəşkəs elan etmə qərarını dəyərləndirib.

O vurğulayıb ki, bu günə qədər Ukraynaya müvəqqəti atəşkəslə bağlı rəsmi şəkildə heç bir çağırış edilməyib və əlavə edib: “İnsan həyatı istənilən yubileyin ‘qeyd olunmasından’ qat-qat daha dəyərlidir.”

Zelenski 6 mayda başlayacaq atəşkəsin nə vaxta qədər davam edəcəyini açıqlamayıb, lakin Rusiyanın bu rejimi pozacağı halda cavab verəcəklərini bildirib.

Digər tərəfdən, Vladimir Putin də Qələbə Günü münasibətilə 8–9 may tarixlərində Ukraynada atəşkəs elan edilməsi barədə qərar qəbul edib. Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub ki, bu qərar Ali Baş Komandanın göstərişi ilə verilib və Ukrayna tərəfinin də atəşkəsə əməl edəcəyi ümid edilir.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version