Müasir insanın ən böyük problemi nədir: diqqətin dağılması, multitasking illüziyası, yoxsa “yox” deyə bilməmək? Şəxsi inkişaf üzrə kouçu Nərgiz Məmmədova ilə söhbətimizdə zaman idarəetməsinin əslində həyatın idarə olunması olduğunu, insanın öz enerjisini hansı nöqtələrə sərf etdiyinin niyə həlledici rol oynadığını müzakirə etdik.
Kouçun maraqlı və düşündürücü fikirləri, həmçinin gündəlik həyatda tətbiq edilə bilən praktik məsləhətləri bu müsahibədə sizi gözləyir.
— Zamanı idarə etməyin əsasında özünü idarəetmə dayanır” deyirsiniz. Bugünkü insanların ən böyük problemi nədir: diqqətin dağılması, “yox” deyə bilməmək, yoxsa multitasking illüziyası? Bu vərdişləri dəyişmək üçün insan ilk olaraq nə etməlidir?
Zamanı düzgün idarə etməyi öyrənmək əslində özünü idarə etməyi öyrənməkdir. Zaman heç vaxt az olmur, sadəcə diqqətimizi nəyə verdiyimizi müəyyənləşdirməliyik. “Yox” deməyi bacarmalıyıq. Kiməsə “hə” deyəndə özümüzə yox demədiyimizdən əmin olmalıyıq. Yox deyə bilməmək zamanın və enerjinin itməsi deməkdir. Multitasking deyil, fokus. Eyni anda hər şeyi etmək istəyi əslində heç nəyi bitirməməyə gətirir. Bu enerjinin dağılması deməkdir.
Gundelik.az

