Müasir insanın ən çox yaşadığı problemlərdən biri də özünə inamsızlıqdır. Bu hissin formalaşmasında uşaqlıqda deyilən qadağalar, sosial müqayisələr, ailə tərbiyəsi və fərdi travmalar əsas rol oynayır. Məsələ ilə bağlı Gündəlik.az-a danışan psixoloq Aytən Ələkbərova, özünəinamsızlığın hansı yaş dövründə yarandığını, insanların ən çox nədən təsirləndiyini və bu psixoloji haldan çıxış yollarını izah edir.
Ekspert bildirir ki, uşaqlıqda eşidilən “sən bacarmazsan”, “əl vurma” kimi ifadələr insanın gələcək özünəinam səviyyəsini formalaşdırır. Psixoloq həmçinin özünəinamsızlığa qarşı psixoloji “immunitetin” necə gücləndirilə biləcəyindən danışır və praktiki nümunələr təqdim edir.

Hazırladı: Zümrüd Əsədova
Gundelik.az