Google uzun illərdir istifadəçilərə 15 GB pulsuz bulud yaddaşı verirdi. Bu yaddaş Gmail, Google Drive və Google Photos arasında bölünürdü. Lakin bu qayda dəyişib.
Yeni hesablar indi standart olaraq 5 GB yaddaşla açılır. 15 GB tam yaddaş isə yalnız telefon nömrəsi əlavə edildikdə aktiv olur. Qeydiyyat zamanı istifadəçilərə belə bir mesaj göstərilir: “Hesabınız 5 GB yaddaş daxildir. Telefon nömrənizi əlavə edərək daha çox yaddaş əldə edin.”
Nə dəyişib?
Məlumata görə, bu dəyişiklik təxminən 18 mart 2026 ətrafında tətbiq olunub. Google əvvəlki “15 GB pulsuz yaddaş” ifadəsini dəyişərək “15 GB-a qədər pulsuz yaddaş” formasına salıb.
İndi yeni istifadəçilər qeydiyyat zamanı iki seçim görür:
Telefon nömrəsi əlavə edib 15 GB yaddaş almaq
Telefon nömrəsi əlavə etmədən 5 GB ilə qalmaq
Niyə bu dəyişiklik edilib?
Google-un məqsədi bir istifadəçinin bir neçə dəfə yeni hesab açaraq 15 GB pulsuz yaddaşı sui-istifadə etməsinin qarşısını almaqdır. Telefon nömrəsi ilə bağlı məhdudiyyət bu problemi azaltmaq üçün tətbiq olunur.
Şirkət bu dəyişiklikləri “regional test” kimi izah edir, yəni bəzi ölkələrdə hələ də 15 GB pulsuz yaddaş telefon nömrəsi olmadan da verilə bilər.
Ümumi vəziyyət
Məlumatda qeyd olunur ki, Google son vaxtlar ödənişli planlarda yaddaşı artırsa da, pulsuz istifadəçilər üçün məhdudiyyətləri tədricən sərtləşdirə bilər.
Mənbə:Digital Trends
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

