Sentyabr 7, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Yaponların uzunömürlülük sirri məlum oldu: Nə fitnes, nə də pilates deyil

“Gündə 10 min addım” qaydası əvvəlki populyarlığını itirir. Alimlər daha az addım atmağın da sağlamlıq üçün əhəmiyyətli faydalar verə biləcəyini bildirirlər. Uzunömürlülükləri ilə tanınan yaponlardan dünyaya yayılan yeni sağlam həyat tərzi trendi isə fasiləli yerimədir.

İş qrafiki səbəbindən idmana vaxt ayıra bilməyənlər üçün fasiləli yerimə həm vaxta qənaət etməyə, həm də fiziki aktivliyi artırmağa imkan verir.

“10 min addım” qaydası dəyişir

“Gündə 10 min addım” uzun müddət sağlam həyatın əsas qaydalarından biri hesab olunub. Lakin mütəxəssislər daha az addımın da sağlamlıq baxımından kifayət edə biləcəyini vurğulayırlar.

Fasiləli yerimə nədir?

Fasiləli yerimə müəyyən müddətlər ərzində sürətli və yavaş tempdə yerimənin növbə ilə həyata keçirilməsinə əsaslanır. Məqsəd ürək döyüntülərinin tempini kontrollu şəkildə artırıb azaltmaqdır.

Bu üsul adi yerimə ilə müqayisədə fiziki dözümlülüyün inkişafına, ürək-damar sağlamlığının dəstəklənməsinə və maddələr mübadiləsinin aktivləşməsinə kömək edir.

Fasiləli yerimənin üstünlüklərindən biri də xüsusi idman avadanlığı tələb etməməsidir. Buna görə müxtəlif yaş qruplarından olan insanlar gündəlik həyatlarına bu fiziki aktivliyi asanlıqla daxil edirlər.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az