Gundelik.az Dünya Yaponiyadakı zəlzələdə ölənlərin sayı artıb
Dünya Hadisə Xəbərlər

Yaponiyadakı zəlzələdə ölənlərin sayı artıb

Yaponiyanın cənub-qərbində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 35-ə çatıb.

Bu barədə Gundelik.az “NHK” telekanalına istinadən xəbər verir.

Axtarış-xilasetmə əməliyyatları davam edir. Ölənlərin sayı arta bilər.

Daha əvvəl 28 nəfərin öldüyü bildirilib.

Qeyd edək ki, iyulun 28-də seysmoloqlar Kumamotoda 7,1 bal gücündə zəlzələ qeydə alıblar və ən güclü təkanlar Uki və Kikava şəhərlərində hiss olunub. Təxminən 80 min ev su təchizatından, təxminən 4500 ev isə elektrik enerjisindən məhrum qalıb.

Zəlzələnin nəticələrinə görə hələ də 9000-dən çox insan evlərinə qayıda bilmir və sığınacaqlarda qalır.

Exit mobile version