Yaponiyanın şimalındakı Aomori prefekturası sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.
Gundelik.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyinin məlumatında deyilir.
Qeyd edilib ki, təxminən 20 kilometr dərinlikdə baş verən zəlzələdən sonra ölkənin şimal və şimal-şərq bölgələri üçün sunami xəbərdarlığı edilib.

