Yaponiya, Hörmüz Boğazı ətrafında yaranan qeyri-müəyyənlik səbəbilə strateji neft ehtiyatlarından 1 maydan etibarən 20 günlük istehlaka bərabər həcmdə nefti bazara çıxaracağını açıqlayıb. Bu, təxminən 5,8 milyon kilolitr (3,4 milyard dollar dəyərində) neft deməkdir.
Qərar ABŞ–İran arasında əldə olunan atəşkəsə baxmayaraq boğazın tam açılıb-açılmayacağı ilə bağlı narahatlıqlara görə verilib. Yaponiya mart ayında da oxşar vəziyyətə görə 50 günlük ehtiyatını bazara çıxarmışdı.
Son aylarda bölgədə gərginlik artıb, Hörmüz Boğazı ilə bağlı məhdudiyyətlər və qarşılıqlı hərbi-dəniz addımlar qlobal neft qiymətlərində ciddi dalğalanmalara səbəb olub.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

