ABŞ-nin Yaponiyadan idxal olunan mallara tətbiq etdiyi universal tarifləri 15 faizə endiriləcək.
Gundelik.az TASS-a istinadən xəbər verir ki, bunu Asiya ölkəsinin baş naziri Şiqeru İşiba deyib.
Onun sözlərinə görə, yapon avtomobillərinin ABŞ-yə idxalına əlavə rüsumlar da 15 faizə endiriləcək. Hökumət başçısı saziş bağlanmazdan əvvəl tariflərin 25 faiz olduğunu qeyd edərək, Vaşinqtonla razılaşmanın Yaponiyanın kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi tariflərin azaldılmasını nəzərdə tutmadığına da diqqət çəkib.
ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, onun Tokio ilə bağlaya bildiyi sövdələşmə tarixin ən böyük sazişi ola bilər, çünki Yaponiya Amerika iqtisadiyyatına 550 milyard dollar sərmayə qoymağa sadiqdir. Öz növbəsində İşiba izah edib ki, bu o deməkdir ki, onun ölkəsinin dövlət maliyyə institutları 550 milyard dollara qədər investisiya, kredit və kredit zəmanəti verə biləcək.
Gundelik.az

