Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti evlərin layihələndirilməsi ilə bağlı yeni nəhəng müqavilələr bağlayıb.
Gundelik.az xəbər verir ki, müqavilələrin biri “Era Design Group”, digəri isə “Himmen Construction” şirkəti ilə imzalanıb.
Müqavilələrdə Xocavənd şəhəri və rayonun Xocavənd, Qarazəmi, Ağkənd, Güney Çartar, Quzumkənd, Cütçü, Qarakənd, Kiş kəndlərində fərdi evlərin layihələndirilməsi nəzərdə tutulur.
Müqavilələrin maliyyə dəyəri 4 milyon manat müəyyənləşib.

