Xocavənddə traktor minaya düşüb, bir nəfər xəsarət alıb
Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında mina hadisəsi baş verib.
Gundelik.az ANAMA-ya istinadən xəbər verir ki, noyabrın 11-də Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsmayılov İsgəndər Adil oğlu idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində İsgəndər İsmayılov müxtəlif bədən xəsarətləri alıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa və çəpərləmə işləri aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.